Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır.
APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin X-da paylaşımında bildirilir.
“Eşq olsun, Azərbaycan bayrağına!”, - deyə paylaşımda qeyd edilib.
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə Azərbaycan Dövlət Bayrağının qaldırıldığı görüntüləri də paylaşıb.