AZ

İranda milli valyutanın denominasiyası təsdiqlənib

İranda milli valyutanın denominasiyası təsdiqlənib.

Bununla bağlı Konstitusiyanın İcrasına Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif açıqlama verib.

Nəzif bildirib ki, Şura ölkənin milli valyutasından dörd sıfırın silinməsini təsdiqləyib.

Onun sözlərinə görə, bu dəyişikliklər İran qanunlarına və konstitusiya prinsiplərinə zidd deyil.

Xatırladaq ki, oktyabrın 5-də İran parlamenti milli valyuta olan rialdan dörd sıfırın silinməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

MənbəOXU.AZ
Seçilən
34
banker.az

1Mənbələr