AZ

İlqar Məmmədov parada çağırılmadığı üçün hökumətdən inciyib ÖN SIRADA OTURMUŞ MƏZAHİR PƏNAHOVUN HIRILDAYAN SİFƏTİ…

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

REAL Partiyasının eks sədri İlqar Məmmov 8 Noyabr Zəfər Günü münasibəti ilə təşkil olunan hərbi parada dəvət edilmədiyi üçün hökuməti tənqid edib.

Gununsesi.info bildirir ki, siyasətçi öz narazılığını belə ifadə edib.

“Dünənki bayram paradına siyasi partiyalar dəvət almadı. Bu mühüm dövlət tədbirində ilk sırada oturmuş Məzahir Pənahovun hırıldayan sifəti isə bütün yayım boyu ekrandan düşmürdü.

Əlbəttə, xalqımızı müharibəyə məcbur etmiş uzun yolda siyasi partiyaların milli səfərbərlik və dünya ictimai rəyinə təsir fəaliyyəti heç də paradda yer almaqdan ötrü olmayıb. Tarixi zaman axarının bundan sonra da qarşıya qoyacağı gündəmlərə uyğun olaraq xalqa xidmətini partiyalar heç şübhəsiz davam etdirəcək.

Sadəcə, dünənki tədbirdən bəzi şeylər tam anlaşıldı. Məlumumuz oldu ki, YAP müharibəni təkbaşına qazanbmış. Digər siyasi partiyaların fəaliyyətinə nə müharibədən əvvəl, nə də müharibənin gedişində heç bir ehtiyacı olmayıbmış. İndiyədək partiyaların dövlətdəki yeri haqqında eşitdiyimiz heç nə YAP`ın başlıca təsəvvürlərini əks elətdirmirmiş. YAP hakimiyyətinin siyasi partiyalarla dialoq və əməkdaşlağa ehtiyacı daha yoxdur. Siyasi partiyalar dövlət müstəqilliyimizin və suverenliyimizin həm aləti, həm də rəmzi olsa da, bu rollardan heç birində indiki hakimiyyətə maraqlı deyil”.

Afət Abbasova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
icma.az

1Mənbələr