Yeniavaz saytına istinadən ain.az xəbər verir.
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa rəsmi səfərlə ABŞ-yə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bu, respublika 1946-cı ildə müstəqillik əldə etdikdən sonra Suriya liderinin Vaşinqtona ilk səfəridir.
Əhməd əl-Şaranın noyabrın 10-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulur.
Həmçinin, Əl-Şaranın Vaşinqtona səfəri zamanı Suriyanın İŞİD terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədlərin imzalanması gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.