AZ

Fındıq ixracı Azərbaycana nə qədər qazandırıb?

Sentyabrda fındıq ixracı azalıb.

NOCOMMENT.az xəbər verir ki, cari ilin sentyabr ayında Azərbaycandan 12,1 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon dollar və ya 9,02% azdır.

2024-cü ilin sentyabrında fındıq ixracının dəyəri 13,3 milyon dollar təşkil edib.

Beləliklə, sentyabr ayında qeyri-neft ixracının əsas məhsullarından biri olan fındığın ixrac dəyərində azalma müşahidə olunub.

Seçilən
31
nocomment.az

1Mənbələr