AZ

Güclü qar səbəbindən Astanandan uçuşlar təxirə salınıb

BAKI, 9 noyabr. TELEQRAF

Əlverişsiz hava şəraiti səbəbindən Astanadan uçuşlar təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın "Air Astana" aviaşirkəti teleqram səhfəsində məlumat yayıb.

Paylaşımda deyilir: "Astanadan uçuşlar əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Hava limanına getməzdən əvvəl aviaşirkətin veb saytında uçuşunuzun statusunu yoxlayın".

Qazaxıstanın paytaxtında hazırda güclü qar müşahidə olunur.

Seçilən
49
2
teleqraf.com

3Mənbələr