AZ

Suriya lideri ABŞ-də admirallarla basketbol oynadı - VİDEO

Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa və xarici işlər naziri Əsəd əş-Şeybani ABŞ-yə səfərlərinə basketbol oyunu ilə başlayıblar.
 
Moderator.az xəbər verir ki, onlara ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının başçısı admiral Bred Kuper və admiral Kevin Lambert qoşulublar.
 
Bununla bağlı Suriya lideri "Instagram" sosial şəbəkə hesabında paylaşım edib.
 
Qeyd edək ki, Əhməd əş-Şaraa noyabrın 8-də ABŞ-yə rəsmi səfərə gedib.
 
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt Suriya prezidentinin noyabrın 10-da Vaşinqtonda ABŞ lideri Donald Trampla görüşəcəyini bəyan etmişdi.

 

Seçilən
51
10
moderator.az

10Mənbələr