Müsahibimiz əlində olan vəsaitlə Bakının mərkəzində ev ala bilmədiyini deyib. Onun sözlərinə görə, 3 ay ailəlikcə kirayədə yaşayıblar: "Bir gün metroda evi satdığım adamla qarşılaşdım. Dəhşətli tıxaclardan şikayət etdi. Dedi hamımız yollarda qalmışıq. Sən demə, tələbə qızları universitetə gedib-gələ bilmədikləri üçün hər gün bir qohumum evində gecələyirmislər".
Arif Məmmədov deyir ki, təsadüfi görüş 7 il yasadığı, hər daşında, kərpicində əllərinin izi olan doğma evini geri qaytarması ilə nəticələnib: "Hiss etdim ki, evi aldığına görə peşmandır. Elə oradaca bazarlıq etdim. Xeyli cək-çevirdən sonra 155 minə razılaşdıq. Üç gün əvvəl pulu ödəyib notarial qaydada evi adıma keçirdim. Ona mənzili boşaltmaq üçün bir ay vaxt vermişəm".
Masazır sakini minlərlə insanı narahat edən tıxac problemini aradan qaldırmaq üçün əlaqədar qurumların təxirəsalınmaz tədbirlər görməli olduğunu vurğulayıb. Onun sözlərinə gorə, Bakıətrafı qəsəbələrin nəqliyyat problemini həll etməklə paytaxtdakı sıxlığı azaltmaq, insanların rahat nəfəs almağını təmin etmək mümkündür.