AZ

Ərəb ölkələri ABŞ-ın bu planını rədd etdi

Ərəb ölkələri ABŞ-ın yalnız İsrailin nəzarətində olan ərazilərdə bərpa işləri aparmaq təklifini qəbul etmir.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetinə ərəb diplomatlar məlumat verib.

Diplomatlar bildirib ki, ABŞ Qəzzanın bərpa layihəsinə vəsait ayırmaqdan imtina edərək diqqəti İsrailin nəzarətində olan ərazilərə humanitar yardıma yönəltməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ rəsmisi Cared Kuşner Qəzzanın bərpası üçün ayrılacaq vəsaitlərin HƏMAS-ın nəzarətində olan ərazilərə yönəldilməyəcəyini açıqlamışdı.(axar.az)

Seçilən
14
6
olke.az

7Mənbələr