AZ

Sonuncu suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib Balakən Rayon İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 km² sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir. 100 mindən çox əhalisi var. Etnik baxımdan zəngin regionlarımızdan sayılan şimal-qərb zonasında da xeyli sayda milli azlıq və azsaylı xalqlar məskunlaşıb.

Balakən Rayon İcra Hakimiyyətinin 1992-ci il 27 may tarixindəki ilk icra başçısı o zaman Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, hazırda Azərbaycan İnternet Forumunun prezidenti olan Osman Gündüz olmuşdur. Osman Gündüz 1993-cü il 24 avqustda vəzifəsindən azad edilmişdir.

Osman Gündüz

2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəmməd oğlu Məhəməliyev olmuşdur. Nəsib Məhəməliyev 2006-2015-ci illərdə Nəsimi Rayon İcra başçısı, eyni zamanda 2015-ci ildə deputat seçilmişdir.

Nəsib Məhəməliyev

2006-2011-ci ildə Balakən RİH-nin başçısı vəzifəsində Asif Məmmədov olub.

2011-ci il 18 mayda Balakən RİH-nin başçısı vəzifəsini İslam Rzayev icra edirdi. Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirildi. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin saxlanıldığı bildirildi. İslam Rzayev 30 oktyabr 2025-ci ildə saxlanıldığı gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, 31 oktyabr 2025-ci ildə İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
bizimyol.info

1Mənbələr