AZ

“Kəpəz” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə “Zəfər turu” adlandırılıb.

Bütün oyunlar rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub. 

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək.

“Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər. 

Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək. 

9 noyabr (bazar)

​​​​​"Cebheinfo.az"

 

 

Seçilən
20
13
cebheinfo.az

10Mənbələr