AZ

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır?

Yazını böyüt
Yazını kiçilt

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Maraqldır ki, qoyun əti əsasən qeyri-müsəlman ölkələrdən igətirilir. Bu da müəyyən narahatlıq yaradır. Çünki islam qaydalarına uyğun formada kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil.

Bəs bu məsələni necə tənzimləmək olar?

Hafta.az bizim.media-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov ölkəyə idxal olunan məhsulların minimum keyfiyyət təhlükəsizliyinə nəzarət etdiyini bildirib:

"Mal gömrük ərazisinə daxil olanda tərəfimizdən həm sənəd, həm eynilik, həm də fiziki nəzarət tədbirləri həyata keçirilir. Bu zaman məhsulların tərkib göstəriciləri yoxlanılır, laborator analizlər götürülür. nümunələr uyğun olduqda o zaman məhsullara idxal sağlamlıq aktları verilir, dövriyyəyə buraxılır.

"Halal" məsələsi ilə bağlı biz onu deyə bilərik ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə "halal ət" və yaxud "halal kolbasa" gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. "Halal" standartı isə məcburi yox, könüllüdür".

Seçilən
20
12
hafta.az

10Mənbələr