AZ

"İnter Mayami" Messinin qolları ilə 1/4 finala adladı - VİDEO

"İnter Mayami" MLS-də 1/8 mərhələsinin oyununda "Neşvill"i 4:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, argentinalı superulduz Lionel Messi görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
 

Beləliklə, forvard peşəkar karyerasında 400-cü qol ötürməsini edib. O, “Barselona”da çıxış edərkən 269, Argentina millisində 60, “İnter Mayami”də 37, PSJ-də isə 34 assistlə yadda qalıb.

Lionel Messi bu mövsüm Amerika klubunun heyətində bütün yarışlarda 42 oyun keçirib, 40 qol vurub və 17 məhsuldar ötürmə edib. 

Seçilən
27
fanat.az

1Mənbələr