AZ

Dünən metroda nə üçün bu qədər sıxlıq və qarışıqlıq olmadı?

Ötən gün Zəfər bayramının 5 illiyinə həsr edilmiş parad zamanı və ondan sonrakı saatlarda "Bakı Metropoliteni" yüksək fəaliyyəti alqışlanıb.


Manset.az bununla bağlı araşdırma edib və məlum olub ki, "Bakı Metropoliteni" dünən gücləndirilmiş iş rejimində çalışıb. Bundan əlavə iş saatı 1 saat uzadılıb.

Metropoliten saat 01:00-da qapadılıb. Dünənki parad zamanı "Bakı Metropoliteni"nin üç stansiyası üzərinə daha çox yük düşüb. Bunlar "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarıdır. Möhtəşəm paradda çoxsaylı insan iştirak edib və onların böyük əksətiyyəti yolların bağlı olması səbəbindən metronun adıçəkilən 3 stansiyasından istifadə edib. Metropolitendə son vaxtlar iş rejiminin düzgün formada qurulması, qatarlararası intervalların azaldılması və düzgün kommunikasiyanın yaradılması nəticəsində sözügedən 3 stansiyada demək olar ki, sıxlıq yaranmayıb. Bir neçə ay əvvələ qayıtsaq, elə 1 İyun Beynəlxalq Uşaqlar Günündə gecə saatlarında adıçəkilən stansiyalarda sıxlıq yaranmış və Metropolitenin fəaliyyəti tənqid edilmişdir.

Deməli, fəaliyyət, əzm və əziyyət özünü göstərir. 

Dünən insanların həddindən artıq çox olmasına baxmayaraq həm "28 May", həm "Sahil", həm də "İçərişəhər" stansiyalarından insanlar çox rahat şəkildə istifadə ediblər. Heç bir sıxlıq yaranmayıb və insanlar öz evlərinə rahat çata biliblər. Hətta bununla bağlı bir sıra sosial şəbəkə hesablarında istifadəçilər paylaşımlar edib və şərhlər yazaraq öz fikirlərini bildiriblər.

Bundan öncə qeyd edilən vaxtda isə insanlar əksinə tənqid paylaşımları etmişdilər. 

Belə qənaətə gəlmək olar ki, Metropolitendə düzgün koordinasiya işlərinin qurulması, nəqliyyat axınının tənzimlənməsi, sərnişin təhlükəsizliyinin artırılması və stansiyalarda nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər, "İçərişəhər" xətti üzrə qatarların düzgün bölüşdürülməsi bu tipli problemləri həll edib. 


Manşet.az

Seçilən
28
1
manset.az

2Mənbələr