AZ

“Yuventus” azarkeşlərinin hərəkəti İtaliya futbolunda narazılıq yaradıb VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Yuventus” azarkeşlərinin tribunada təyyarəni və onun qəzaya uğramasını təsvir etməsi geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, azarkeşlərin bu davranışı 1949-cu ildə baş vermiş və “Torino”nun əfsanəvi heyətinin həlak olduğu aviaqəzanın xatirəsinə qarşı hörmətsizlik kimi qəbul edilib.

Həmin faciə İtaliya futbol tarixinin ən ağrılı hadisələrindən biri sayılır və xüsusilə “Torino” azarkeşləri üçün dərin emosional məna daşıyır. Sosial mediada istifadəçilər “Yuventus” azarkeşlərinin bu jestini məsxərə və təxribat kimi qiymətləndiriblər.

Hazırda həm “Yuventus”, həm də “Torino” klublarından rəsmi açıqlama verilməyib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr