“Kəpəz” legioneri Vitor Feyjao ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Feijaoya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Braziliyalı futbolçu mövsümün əvvəlində bu komandaya cəlb olunub. Yarımmüdafiəçi 9 çempionat oyununda 1 qol vurub.