AZ

Yeni 40 qramlıq dronlar hamını heyrətləndirdi

"Tornyol" startapı maraqlı və inqilabi dron təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, "Ethereum"un yaradıcısı Vitalik Buterinin də daxil olduğu bu layihə üzrə ağcaqanadlarla mübarizə aparan dronlar hazırlanıb. Şirkət dronun fəaliyyətini və funksialarını əks etdirən video da yayıb.

Qeyd edilib ki, ağcaqanadlar malyariya və "denq" qızdırmasının yayılmasında iştirak edərək hər il yüz minlərlə insanın ölümünə səbəb olurlar. Yeni texnologiya isə zərərvericilərə qarşı mübarizəni ənənəvi insektisid əsaslı metodlardan 100 dəfə aşağı qiymətə təklif edir.

40 qram ağırlığında olan bu mikrodronlar əvəlcədən müəyyən edilmiş ərazidə avtonom şəkildə patrul xidməti göstərir və exolokasiyadan istifadə edərək ağcaqanadları aşkarlaya bilirlər. Fazalaşdırılmış anten və ultrasəs ötürücü isə həşəratın növünü və cinsini onun qanad döyüntüsü spektroqramına əsasən müəyyən edir. Ağcaqanadların məhvi üçün isə sadəcə drondakı pərvanələrdən istifadə olunur və kimyəvi maddələrə ehtiyac qalmır.

Tural

Seçilən
22
publika.az

1Mənbələr