AZ

Portuqaliyalı qolkiper: "İsrail çempionatı Azərbaycan Premyer Liqasından güclüdür" - MÜSAHİBƏ

"Kəpəz"in sabiq qapıçısı Rojerio Santos Sportal.az saytına müsahibə verib. Hazırda İsrail yüksək liqasında yarışan “İroni Tiberias”ın əsas qapıçısı olan portuqaliyalı Azərbaycana geri qayıtmaq ehtimalından da söz açıb.

- İsraildə işlərin necə gedir? "İroni Tiberias"ın hazırda əsas qapıçısı sənsən...

- Bəli, hər şey yaxşı gedir. Komandam üçün ən yaxşısını etməyə çalışıram. Oktyabrda İsrail çempionatının ən yaxşı qapıçısı seçilmişdim.

- İsraildə məlum vəziyyətə görə, çempionat da dayanmışdı. Həmin anlar necə keçdi? Oyunlara, məşqlərə təhlükə altında çıxırsız?

- Bura gəldiyimdən bəri heç vaxt təhlükədə olduğumu hiss etməmişəm. Məşqə və ya oyunlara maşınımda gedərkən heç bir problem hiss etmirəm.

- İsrail çempionatını Azərbaycan Premyer Liqasından fərqləndirən hansı detallar var? İsrail liqasını daha güclü hesab edirsən?

- İsrail liqası güclüdür. Üstəlik, görə biləcəyim fərqlərdən biri də odur ki, oyunlarda stadionda çoxlu azarkeş olur. Bəzən stadionda təxminən 20-30 min adam olur. 

- Azərbaycan Premyer Liqası sənin üçün necə yadda qalıb? Hansı matçlar, hansı rəqiblər...

- “Sabah” və “Neftçi” iki güclü komandadır. Amma biz onlara qarşı birdən çox qələbə qazana bilmişdik. Həmin görüşləri də yaxşı xatırlayıram.

- Ümumiyyətlə, yenidən Azərbaycan çempionatında oynamaq sənin üçün realdır? Təklif gələrsə, buna müsbət yanaşarsan?

- Hazırda İsraildə özümü xoşbəxt hiss edirəm. Gələcək isə həmişə naməlumdur. Əslində, mən Azərbaycanda da həqiqətən həmişə xoşbəxt olmuşam.

- "Kəpəz"i izləyirsən?  Onlar yenə sonuncu pillədədir. Səncə, vəziyyət düzələcək? Ümumiyyətlə, nəyə görə "Kəpəz"də qalmadın?

- Bəli, “Kəpəz”in matçlarına da baxıram. Təbii ki, eyni vaxtda oyunlarımız yoxdursa, belədir. İnanıram ki, "Kəpəz"in işləri daha da yaxşı olacaq.

- Sənin üçün Tiberias şəhəri maraqlıdır, yoxsa Gəncə daha maraqlı idi?

- Tiberias və Gəncə dinc, sakit şəhərlərdir. Fərq ondadır ki, burada böyük şəhərə maşınla bir saat yarım məsafədədir. Gəncədə isə Bakıya getmək təxminən 5 saat çəkir.

- Komanda yoldaşların arasında Fares Abu Akel də var. O vaxtı ilə "Qəbələ"də çıxış edib. Onunla Azərbaycan futbolu haqda danışırsız? 

- ⁠Bizim Azərbaycan futbolu haqqında danışmaq imkanımız yoxdur.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr