AZ

Zəfər Günü münasibətilə Zaqatalada. silsilə tədbirlər keçirilib -Fotolar



8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində qazanılmış möhtəşəm zəfərin 5-ci ildönümünü qeyd edir.

Zaqatala rayonundada bu münasibətlə bir sıra silsilə tədbirlər keçirilib.

aia.az xəbər verir ki, Tədbirdə millət vəkili Asif Əsgərov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə millət vəkili Azər Kərimli, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir Zaqatala şəhər qəbiristanlığında şəhid qəbirlərinin ziyarəti ilə başlayıb. Burada şəhidlərin xatirəsi anılıb, gül dəstələri qoyulub və şəhid ailələrinə başsağlığı verilib.

Ziyarət mərasimindən sonra tədbir iştirakçıları “Zəfər kompleksi” abidəsini ziyarət ediblər. Ardınca Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidə kompleksi ziyarət olunub və mərkəzin foyesində sərgiyə baxış keçirilib. Burada həmçinin “Qarabağ sən azadsan” adlı tədbir təşkil olunub.
Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov möhtəşəm zəfərin 5 illiyi ilə bağlı fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin lider siyasəti və ordumuzun gücü sayəsində əldə edilən zəfəri vurğulayıb, şəhidlərin qəhrəmanlığından danışıb və iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.
Heydər Əliyev Mərkəzindən “Şəhidlər xiyabanı” xatirə kompleksinə Bayraq yürüşü keçirilib və kompleks ziyarət olunub.
Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil edilmiş konsert proqramında rayon ictimaiyyəti ilə bir araya gəlib.
Tədbir boyunca Zaqatala ictimaiyyəti həm milli birlik və qəhrəmanlıq ruhunu yaşadıb, həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin və qazilərimizin misilsiz xidmətini bir daha yad edib.



Seçilən
10
2
aia.az

4Mənbələr