Bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş parad Türkiyə və Pakistan hərbçilərinin də keçidi ilə yadda qaldı.
Silah sistemləri, texnikalar və aviasiya vasitələrinin nümayiş etdirildiyi, son illərdə ən çox şəxsi heyətin iştirak etdiyi hərbi keçid hərbçilərimizin maddi-texniki təminatı, yüksək əhval-ruhiyyəsi və psixoloji hazırlığını da növbəti dəfə göstərmiş oldu.
Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvünün simasındakı məğrurluq və məmnunluq ölkəmizin təhlükəsizliyinin əmin əllərdə olduğunu göstərir.

























