ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şeybani ABŞ səfərinə basketbol oynamaqla başlayıb.
Yeniavaz.com xəbər verir ki, onlara ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və İŞİD-ə qarşı mübarizə beynəlxalq koalisiyanın rəhbəri admiral Kevin Lambert də qoşulub.
“Admirallar Kuper və Lambertlə meydanda bir az məşq”, - deyə Əhməd əl-Şaraa sosial şəbəkə hesabında yazıb.
Ancaq o, oyunun yeri ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Əhməd əl-Şaraa noyabrın 8-də ABŞ-yə rəsmi səfərə gedib.
View this post on Instagram
A post shared by Yeni Şafak на русском (@yenisafak_ru)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.