AZ

Britaniya Belçikaya PUA-lara qarşı yardım göndərir

Böyük Britaniya son günlər Belçikada hava limanlarında və hərbi bazalarda müşahidə olunan dronlarla bağlı yaranan vəziyyətə cavab olaraq bu ölkəyə hərbi ekspertlər və avadanlıqlar göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Silahlı Qüvvələrinin rəhbəri Riçard Nayton BBC-yə danışıb.

“Dronların arxasında kimin dayandığı hələ məlum deyil, lakin Rusiya son illərdə hibrid müharibə fəaliyyətləri ilə məşğul olub. Moskva isə bu insidentlərlə əlaqəsini qəti şəkildə inkar edir”, - Nayton bildirib.

Qeyd edək ki, son günlər paytaxt Brüssel və şərqdəki Lyej şəhərinin hava limanları üzərində dronlar müşahidə edilib. Bu, bir sıra reyslərin başqa şəhərlərə yönləndirilməsinə və bəzi uçuşların təxirə salınmasına səbəb olub./Axar.az

Seçilən
32
1
bakivaxti.az

2Mənbələr