
Amerikalı iş adamı, milyarder İlon Maska məxsus "SpaceX" şirkətinin peyk internet xidməti "Starlink" 8 milyondan çox aktiv istifadəçi toplaya bilib.
Reyting.az xəbər verir ki, bu barədə "Habr" nəşri məlumat yayıb.
Bildirilir ki, iyun ayında "Starlink" istifadəçilərin sayı 6 milyon, avqustda isə 7 milyon olub. Avqust ayından sonra "Starlink" gündə orta hesabla 14,25 min yeni abunəçi qazanır ki, bu göstərici də əvvəlki rekordu 17 faiz üstələyir.
Xatırladaq ki, xidmət 2022-ci ilin sonundan 1 milyon istifadəçi həddini keçmişdi. Həmin vaxt "Starlink" artıq Kanadada və Alyaska tam fəaliyyətə başlamışdı.

Məlumata görə, 2025-ci ilin yanvar–oktyabr aylarında şəbəkənin sürəti 50 faizdən çox artıb. Bunun səbəbini izah edən "SpaceX" şirkətindən bildiriblər ki, yeni hazırlanmış peyklərin tez-tez buraxılması, həmçinin proqram təminatının yenilənməsi şəbəkə sürətinə maksimal dərəcədə təsir göstərib.
2025-ci ilin oktyabr ayına olan məlumata görə, "SpaceX" şirkəti orbitə 10 min "Starlink" peyki çıxarıb.
İlon Maskın bu kosmik şirkəti fəaliyyətini dayandıran bəzi istifadəçiləri 17 noyabradək terminallarını yeniləməyə çağırıb. Şirkət həmçinin xəbərdarlıq edib ki, əks halda avadanlıq işləməyəcək.
Oqtay QORÇU