AZ

"Kəpəz" braziliyalısı ilə vidalaşdı

“Kəpəz” braziliyalı futbolçu Vitor Feyjao ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, məlumatı Gəncə klubunun mətbuat xidməti yayıb. 

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Gəncə təmsilçisi braziliyalı oyunçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Feyjao mövsümün əvvəlində “Kəpəz”ə qoşulmuşdu. O, Misli Premyer Liqasında 9 oyunda meydana çıxaraq 1 qol vurub.

Seçilən
30
fanat.az

1Mənbələr