AZ

İngiltərə nəhəngi Bastoni üçün 100 milyondan çox büdcə ayırdı - Satılacaq?

"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Il Giorno" yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı italiyalı ilə "Liverpul" klubu ciddi maraqlanır Premyer Liqa nəhəngi onun üçün 100 milyon avrodan çox ödəməyə hazırdır. Bununla belə, milanlılar əsas oyunçularından biri ilə ayrılmağa həvəsli deyillər. 

Bastoninin "İnter" ilə müqaiviləsinin müddəti 30 iyun 2028-ci il tarixinədəkdir. O, İtaliya klubunda illik təxminən 5,5 milyon avro maaş alır. Müdafiəçi" "İnter"ə 2017-ci ilin avqustunda "Atalanta"dan 31 milyon avroya keçib. 

O, bu mövsüm klubun heyətində 12 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
42
1
fanat.az

2Mənbələr