AZ

Gürcüstanda bu avtomobillər cərimələnəcək

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstanda avtomobillər səs-küy standartlarını aşdıqlarına görə cərimələnəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə edilən müvafiq dəyişikliklər artıq dərc edilib.

İlk qayda pozuntusuna görə cərimə 100 lari (62 manat ekvivalenti), təkrar pozuntuya görə 200 lari, bir il ərzində hər sonrakı pozuntuya görə isə 300 lari olacaq.

Cərimələr 2024-cü ildə tətbiq edilməli idi, lakin Gürcüstan hakimiyyəti sürücülərə yeni qaydalara hazır olmaları üçün vaxt vermək məqsədilə düzəlişlərin qüvvəyə minməsini təxirə saldı.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr