AZ

Braziliyanın COP30 a sədrliyinin üç strateji prioriteti

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyanın Belen şəhərində başlayacaq konfransa həsr olunan məktubda sədr hökumətləri, beynəlxalq institutları və qlobal tərəfdaşları “qlobal iqlim boşluqlarını transformasiya vasitələrinə çevirməyə” səsləyib. “Bu gün əsas vəzifə təkcə çatışmazlıqları müəyyənləşdirmək deyil, həm də irəliləyişi təmin edə biləcək resursları səfərbər etməkdir, yəni ambisiyalar, maliyyə və texnologiya çatışmazlığını hərəkətverici qüvvəyə çevirmək lazımdır”, - deyə Andre Korrea du Laqo qeyd edib. O vurğulayıb ki, Paris Sazişi öz effektivliyini sübut edib. Məktubda qeyd olunur ki, milli səviyyədə müəyyən olunan töhfələr (NDCs), milli adaptasiya planları (NAPs), şəffaflıq üzrə ikiillik hesabatlar (BTRs) və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF) artıq qlobal iqlim idarəçiliyinin əsas alətlərinə çevrilib. Braziliyanın COP30-a sədrliyinin üç strateji prioriteti də məktubda təsdiqlənib: 1. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində çoxtərəfli yanaşma və iqlim rejimini gücləndirmək; 2. İqlim gündəliyini real iqtisadiyyat və insanların gündəlik həyatı ilə əlaqələndirmək; 3. Paris Sazişinin həyata keçirilməsini sürətləndirmək. Məktubun əsas ideyası “ambisiya” anlayışının yenidən dəyərləndirilməsidir: indi ambisiyalılığın əsas göstəricisi təmiz enerji, meşələrin bərpası, metan emissiyalarının azaldılması və rəqəmsal infrastruktur kimi zəruri tədbirlərin daha sürətlə həyata keçirilməsi olmalıdır. Dünyanın bu sahələrdə daha tez və ədalətli şəkildə hərəkət etməsi vacibdir. Xüsusi diqqət “Fəaliyyət Gündəliyi”nə (Action Agenda) yönəlib. Bu təşəbbüs altı tematik istiqamət üzrə strukturlaşdırılıb və “canlı ekosistem mexanizmi” kimi fəaliyyət göstərəcək dünyadakı təşəbbüsləri və iştirakçıları birləşdirərək “müsbət dönüş nöqtələrinə” nail olmağı hədəfləyir. Braziliyanın sədrliyi həmçinin Amazon meşələrinin qlobal iqlim həllərindəki aparıcı rolunu vurğulayıb. Ölkədə meşələrin qırılma səviyyəsinin ardıcıl üçüncü ildir azalması və “Tropical Forests Forever Fund” kimi yeni maliyyə mexanizmlərinin işə düşməsi fonunda, Andre Korrea du Laqo qeyd edib ki, ekosistemlərin və insanların qorunması yanaşı şəkildə aparılmalıdır. “Belendə həqiqət transformasiya ilə qovuşmalıdır, elm isə həmrəyliyin tərkib hissəsinə çevrilməlidir. Biz iqlim mübarizəmizi böhrandan irəliləyişə çevirə bilərik”, - deyə o qeyd edib. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
5
azvision.az

6Mənbələr