AZ

Diddi həbsxanada qaydaları pozdu

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur reper və prodüser Şon Kombs (P. Diddi) yeni bir qalmaqalla gündəmə gəlib.

Axşam.az xəbər verir ki, musiqiçi dəmir barmaqlıqlar arxasında evdə hazırlanmış spirtli içki içərkən tutulub. Mənbəyə görə, içki portağal, şəkər və alma qarışığından hazırlanıb. İddia edilib ki, musiqiçi iki həftə içkini saxlayaraq, daha da sərtləşdirib. 

Həbsxanada buna görə ona hansı cəza veriləcəyi açıqlanmayıb. 

Qeyd edək ki, hökm çıxarılmazdan qısa müddət əvvəl reper 25 ildən sonra ilk dəfə tamamilə ayıq olduğunu deyib.Bundan əlavə, prodüser bu yaxınlarda narkomaniya müalicəsi proqramı olan həbsxanaya köçürüldü.

Oktyabr ayında məhkəmə P. Diddini 50 ay həbs cəzasına məhkum edib. Məhkəmə sənətçini insanları fahişəliyə cəlb etməkdə günahkar bilib, lakin ona ən ağır ittihamlardan - reketçilik və cinsi istismar məqsədilə insan alveri ittihamlarından bəraət qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
2
axsam.az

3Mənbələr