AZ

Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert keçirilib

Gəncədə Fikrət Əmirov adına Dövlət Filarmoniyasının önündə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konsert proqramı təşkil olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyel, Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər iştirak ediblər.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan tədbir hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Bildirilib ki, 9 Noyabr hər bir azərbaycanlının qürur və iftixar duyduğu, milli birliyimizin, dövlət müstəqilliyimizin və azadlığımızın rəmzi olan üçrəngli bayrağımızın günüdür. Bu gün şanlı üçrəngli bayrağımız Azərbaycanın hər guşəsində, o cümlədən Şuşada, Laçında, Xocalıda, Xankəndidə qürurla dalğalanır.

Rəsmi hissədən sonra Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının, Gəncə şəhər 4 nömrəli musiqi məktəbinin xor kollektivinin, Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçılar ansamblının, yeniyetmə ifaçı Rövşən Nəsirovun və "Xəmsə" Uşaq Rəqs Ansamblının çıxışları izlənilib.

Seçilən
10
1
news365.az

3Mənbələr