ain.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 9 noyabr, AZƏRTAC
ABŞ-da federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) Birləşmiş Ştatların İtaliyadakı 5 hərbi bazasında çalışan işçilərə də təsirsiz ötüşməyib.
AZƏRTAC xəbər verir ki, şatdaun fonunda ABŞ-ın İtaliyanın Aviano, Viçenza, Livorno, Neapol və Siqonella şəhərlərindəki hərbi bazalarında ümumilikdə 4 min italiyalı mülki işçinin əməkhaqqıları təhlükə altındadır. Bu səbəbdən işçilərin maaşlarının oktyabrdan bəri verilmədiyi, həmkarlar ittifaqlarının hökumətinin məsələyə təcili müdaxiləsini tələb etdiyi bildirilib.
Qeyd olunub ki, əmək haqqının ödənilməməsi 1951-ci il imzalanan İtaliya-ABŞ ikitərəfli müqavilənin və əlaqəli kollektiv sazişlərin müddəalarını pozur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.