AZ

Sovet liderinə məxsus “Rolls Royce” satışa çıxarıldı FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyada elan saytlarında maraqlı bir avtomobilin satışına dair məlumat yerləşdirilib. 

Avtosfer.az xəbər verir ki, satışa təqdim edilən “Rolls-Royce Silver Shadow” 1980-ci ildə istehsal edilib. Satıcı avtomobilin Sovet lideri Leonid Brejnevə aid olduğunu iddia edir.

Avtomatik transmissiyalı avtomobilin salonu bahalı dəri və ağacla işlənib. 45 yaşlı maşının əsaslı təmirə ehtiyacı var.

Elan verən şəxs nadir avtomobil üçün 5,2 milyon rubl (110 000 AZN) tələb edir. Qeyd edək ki, 1964-1982-ci illərdə Sovet İtifaqına rəhbərlik etmiş Leonid Brejnev avtomobil həvəskarı kimi tanınıb. Onun qarajında sovet modelləri ilə yanaşı bahalı Qərb avtomobilləri də yer alıb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
avtosfer.az

1Mənbələr