AZ

Şirkətin 40 min manatını mənimsəməkdə ittiham olunan işçiyə HÖKM OXUNDU

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mətanət A" şirkəti əməkdaşını məhkəməyə verib.

Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, şirkət ekspeditoru 40 715 manat mənimsəməkdə ittiham edib.

İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümumilikdə 159 297.37 manat nağd pul vəsaitinin 40 715.95 manatını mənimsəyib.

Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2 000 manatını xəzinəyə ödəməyib. O, bunun səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsi ilə izah edib.

Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
6
avtosfer.az

10Mənbələr