AZ

Zelenski Rusiya şirkətlərinə sanksiya tətbiq etdi

BAKI, 9 noyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəsmilərinə və bir sıra nəşriyyat şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 8 şəxsə sanksiya qoyulub. Onların arasında Rusiya hökumət rəsmiləri, informasiya diversiyası ilə məşğul olan FTX (FSB) əməkdaşı, Rusiya Baş Qərargahının İnformasiya Departamentinin nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, prezident Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də var.

Sanksiyalar çərçivəsində bu şəxslərin Ukraynaya girişinə qadağa qoyulur, onların Ukraynada ola biləcək əmlakları və aktivləri dondurulur və kommersiya fəaliyyətinə məhdudiyyətlər tətbiq olunur.

Seçilən
50
1
teleqraf.com

2Mənbələr