Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az-ın xəbərinə görə, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bu gün döşək üzərinə çıxıb.
Təmsilçimiz finalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb və rəqibini məğlub edərək qızıl medalın sahibi olub.