AZ

Bir ağac təbiət qanunlarına meydan oxudu və Afrikanın əfsanəsinə çevrildi

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əksər insanların təsəvvüründə Sahara səhrası canlı həyatın mövcud olmadığı, sonsuz qum təpələrindən və miqrasiyalardan ibarət bir boşluqdur. Lakin bu sərt ərazidə həyat yenə də var – hərçənd Avropadakı qədər zəngin deyil. Səhrada yaşayan bəzi canlıların dözümlülüyü elm adamlarında heyrət və hörmət doğurur.

Qaynarinfo xəbər verir ki, təkamülçü bioloq Skott Treverq "Forbes" nəşrində bu cür heyrətamiz nümunələrdən biri – Tenere ağacı adlanan tənha akasiya haqqında danışıb. Bu ağac Yer üzündə ən təcrid olunmuş ağac hesab olunur – səhranın ortasında, digər ağaclardan yüzlərlə kilometr uzaqda böyüyüb.

Niger dövlətinin şimal-şərqində Tenere adlı sahra bölgəsi yerləşib. O qədər quraqdır ki, bəzən buranı "səhradakı səhrs" adlandırırlar. Yüzlərlə kilometr boyunca burada nə kol, nə ot, nə də ağac var.

Amma bu boşluğun ortasında tək bir ağac bitib. Ən yaxın bitki örtüyü ondan 400 kilometr məsafədədir. Bu tənha akasiya karvanlar üçün GPS sistemlərindən çox əvvəl naviqasiya mayakı rolunu oynayıb.

Botanika baxımından Tenere ağacı tikanlı çətir akasiyasının alt növü hesab olunur. Bu növ, 35 metrə qədər (təxminən 12 mərtəbəli bina hündürlüyündə) dərinliyə çatan kök sistemi sayəsində sərt iqlim şəraitində yaşamağa uyğunlaşıb. Ehtimal olunur ki, kökləri səhranın dərinliklərindəki su qatını tapıb.

Alimlər akasiyanın toxumunun bu yerə necə düşdüyünü dəqiq bilmir. Güman olunur ki, ağac 5–10 min il əvvəl bölgədə göllər, çaylar və savannalar olduğu rütubətli dövrdə cücərmiş ola bilər. Lakin onun öz yaşı təxminən 300 il hesablanıb.

Tenere ağacı XX əsrin əvvəllərində artıq tanınıb. 1939-cu ildə bölgəni idarə edən fransız müstəmləkə qoşunları onu xəritələrinə salıb. Səhranı yüzlərlə metr yüksəklikdən keçən pilotlar da onun kiçik, yaşıl tacını aydın görürüb.

Səyyahlar üçün səhranın ortasında tək dayanan bu ağacla qarşılaşmaq çox təsirli idi. Çünki onun varlığı hər cür məntiqə və təbiət qanunlarına zidd idi.

Tenere ağacının əfsanəsi 1973-cü ildə faciəvi şəkildə sona çatıb. O vaxt Niger dövlətinin rəsmiləri bildiriblər ki, guya sərxoş yük maşını sürücüsü səhra boyunca gedərkən ağaca çırpılaraq onu kökündən qoparıb.

"Forbes" yazır: "Bu hadisənin mürəkkəbliyini və inanılmaz təsadüfünü qiymətləndirmək çətindir. Ağac, yüzlərlə kilometr boyunca tək maneə idi. Amma, ya çox pis naviqasiyaya görə, ya da amansız taleyin oyunu nəticəsində sürücü düz ona çırpılmağı bacardı".

Ağacın gövdəsi paytaxt Niamedəki Niger Milli Muzeyinə aparılıb və bu günə qədər orada saxlanılır. Ağacın dayandığı yerdə isə onun metal heykəli ucaldılıb və bu abidə hələ də mövcuddur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
qaynarinfo.az

2Mənbələr