AZ

Milyarder və arvadı villada ölü tapıldı

Rusiyalı milyarder kriptovalyuta treyderi Roman Novak və həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində kirayə götürdükləri villada ölü tapılıblar. Cütlüyün fidyə üçün qaçırıldığı, lakin kriptovalyuta cüzdanlarının boş olduğu aşkar edildikdən sonra öldürüldüyü ehtimal olunur.

NOCOMMENT.az lent.az-a istinadla xəbərinə görə, rusiyalı kriptovalyuta sahibkarı Roman Novak və həyat yoldaşı Anna Novak investorlarla görüşmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) getdikdən sonra yoxa çıxıblar. Cütlüyün sürücüsü onları göl kənarındakı dayanacağa qoyub və bir daha onlardan xəbər alınmayıb.

Təxminən bir ay davam edən axtarışlardan sonra cütlüyün cəsədləri kirayə götürdükləri villada tapılıb. BƏƏ polisi hadisə ilə əlaqəsi olduğu ehtimal edilən səkkiz nəfəri saxlayıb.

İstintaq cütlüyün fidyə üçün qaçırıldığı, lakin “milyardlarla dollar dəyərində olduğu düşünülən kriptovalyuta cüzdanlarının” boş tapılmasından sonra öldürüldüyü ehtimalına diqqət yetirir.

Seçilən
7
6
nocomment.az

7Mənbələr