Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Suriyanın yeni hökuməti Əsəd dövründə HƏMAS-a qarşı qoyulmuş bütün qadağaları ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, keçid hökumətinin Prezidenti Əhməd əş-Şara bu yaxınlarda HƏMAS-ın Suriyadakı ofislərinin fəaliyyətini bərpa edib və Əsəd rejimi tərəfindən ələ keçirilən mülklər də təşkilata qaytarılıb.
Həmçinin qeyd edilib ki, yaxın günlərdə HƏMAS rəsmiləri Əhməd əş-Şara ilə görüşmək üçün Suriyaya gələcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.