Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadın voleybol yığması növbəti matçına çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, milli komandamız Türkiyə yığması ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb — 0:3.
Bu nəticə ilə Azərbaycan millisi turnirdəki növbəti sınağını noyabrın 12-də keçirəcək. Komandamız bu dəfə Əfqanıstan seçməsinə qarşı mübarizə aparacaq.