Bakı. Trend:
Filippində "Funq Vonq" super tayfunu səbəbindən baş verəndaşqınlar səbəbindən ən azı iki nəfər ölüb, 1 milyondan çox insantəxliyə edilib.
Trend-inməlumatına görə, bu barədə "ABS-CBN News" televiziya kanalı xəbərverib.
Məlumata əsasən, meteoroloqlar Filippinin demək olar ki, bütünərazisində güclü külək və leysan yağışların olacağınıproqnozlaşdırırlar. Küləyin sürətinin 64 m/s-ə qədər artacağıgözlənilir. Hava şəraiti ilə əlaqədar 300-dən çox daxili vəbeynəlxalq uçuş təxirə salınıb.
Filippin Mülki Müdafiə Agentliyi daha əvvəl "Kalmaeqi"tayfununun Filippinin mərkəzi bölgələrinə təsir etməsi nəticəsindəölənlərin sayının 224-ə çatdığını, 109 nəfərin isə itkin düşdüyünübildirib.