AZ

Ankarada Zəfərimizin 5 illiyi qeyd olunub

Bakı. Trend:

Ankara şəhərində fəaliyyət göstərən Azaflı Sosial Yardım vəKültür Dərnəyində 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilətədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi vəiki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi iləbaşlayıb.

Dərnəyin sədri Arzuman Azaflı qeyd edib ki, Azərbaycan xalqı vədünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu gün müstəqilAzərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan ZəfərGününün 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeydedir.

Tədbirdə “Qarabağ salnaməsi” filmi nümayiş etdirilib.

Daha sonra professor Toğrul İsmayıl çıxış edərək 44 günlük Vətənmüharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıqgöstərməsini, ölkəmizin ərazi bütövlüyünün bərpasını və bu Zəfərinxalq-ordu birliyinin təntənəsi olduğunu tarixi faktlarla diqqətəçatdırıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi, ordunun peşəkarlığı, xalqın birliyi və dəmir iradəsisayəsində bu möhtəşəm Qələbə qazanılıb.

Tədbir çərçivəsində, həmçinin Hacettepe Universitetində tarixixtisası üzrə bakalavr və magistr təhsili almış Kürşat İsmayılınmüəllifi olduğu “Azerbaycanın modernleşmesi” kitabının təqdimatıkeçirilib.

Sonda tarixçi alimlər iştirakçıların çoxsaylı suallarınıcavablandırıblar.

Seçilən
31
az.trend.az

1Mənbələr