Bərdə. Trend:
Bərdə rayonunda 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
Trend-in QarabağBürosunun xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydəalınıb. Kənd sakinləri Fətəliyeva Aytən Əsgər qızı nəvəsi
Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazındanzəhərləniblər. Hər iki şəxsi Məhkəmə Tibbi Ekspertiza və PatalojiAnatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Hər iki şəxsinmeyiti tibbi müayinədən sonra, aidiyyatı üzrə təhvil verilib.