Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC MAN TGS 19.440 (2017-ci il istehsalı) və onlar üçün Krone yarımqoşqu yük avtomobillərinə ehtiyat hissələri, təmir və texniki xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv qərarına səbəb kimi satınalmada iştirak etmək üçün tələb olunan sayda təchizatçının olmaması göstərilib. Qeyd olunur ki, təklifi və təklifin təminatını təqdim etmiş, müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğu üçün tender “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv olunub.
Sözügedən tenderin ehtimal olunan dəyəri 247.439,10 manat təşkil edirdi.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyevdir.