AZ

Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

Bakı. Trend:

M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədiavtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdirki, təmir işləri icra olunur.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)məlumat verilib.

"Bununla əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildəmüvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başaçatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatınhərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunanərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yolnişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildəəməl etmələri xahiş olunur", - məlumatda deyilir.

Seçilən
14
8
az.trend.az

10Mənbələr