AZ

Payızda vitamin mənbəyi olan meyvələrin qiyməti neçəyədir?VİDEO

Feyxoa, mandarin, qızıləhmədi alması, heyva, nar...

Mövsümi meyvələrin qiymətini öyrənmək üçün üz tutduq bazara.

Xezerxeber.az-ın xəbərinə görə, satıcılar dedilər ki, payızda bazarda tələbat əsasən sitrus meyvələrinədir.

Bildirildi ki, feyxoa və mandarinin qiyməti ötən ilə nisbətən aşağıdır.

Nar da tələbat bol olan meyvələrdəndir. Sabirabad narının isə kiloqramı 1 manat - 1 manat 50 qəpik arasında dəyişir.

Ötən il 1 manat yarıma olan heyva indi 60 qəpik, 1 manatdır. Xurmanın da qiyməti 50 qəpik, bir manat arasındadır. Bazarda qiymətin nisbətən yüksək olduğu meyvə isə qızıl əhmədi almasıdır.

Bayram günləri ilə bağlı bazarda alıcılıq qabiliyyətinin yuxarı olduğu bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr