AZ

Əkdiyi ağacları qardaşı kəsdi – Ev tikmək istəyirmiş…VİDEO

25 illik zəhmətinin nəticəsi olan meyvə ağacları bir gün ərzində kəsilib.

Xezerxeber.az-ın xəbərinə görə, İsmayıllı sakini Elçin Ağayev iddia edir ki, illərlə əkinçiliklə məşğul olub və bu ağacları xüsusi qayğı ilə yetişdirib. Bir müddət əvvəl qardaşı ilə arasında torpaq mübahisəsi yaranıb. Qardaşı Raqub Ağayev onun əkdiyi ağacları bir gündə kəsib.

Elçin Ağayevin iddialarına görə 20 dən artıq müxtəlif növ meyvə ağacları kəsilərək məhv edilib. O  aidiyyəti orqanlardan hadisəyə qiymət verilməsini və zərərin təmin edilməsini tələb edir.

Məsələ ilə bağlı hadisədə adını hallanan  Raqub Ağayevlə əlaqə saxladıq. O ağacları kəsdiyini  etiraf edib. Buna səbəb kimi isə  torpaq sahəsinin rəsmi sənədlə ona məxsus olduğunu və həmin ərazidə ev tikmək istədiyini qeyd edib.

Lakin, qardaşının ona mane olması nəticəsində bu yola əl atıb. Hətta qeyd edib ki, Qardaşı ilə  illərdir torpaq üstündə mübahisələri davam edir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, nazirliyin nümayəndələri ərazidə araşdırma aparacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
21
1
xezerxeber.az

2Mənbələr