“Napoli”nin futbolçusu Skott Maktomini komandanın baş məşqçisi Antonio Konteyə “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu ilə müqavilə bağlamağı məsləhət görüb.
90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki, şotlandiyalı oyunçu Konte ilə görüş keçirərək Maynunun güclü tərəflərindən danışıb. Maktominni hesab edir ki, 20 yaşlı yarımmüdafiəçi ya icarə yolu ilə, ya da daimi transferlə “Napoli”nin heyətini gücləndirə bilər.
Qeyd edək ki, Maynu və Maktominni “Qırmızı şeytanlar”ın akademiyasından yetişiblər. Şotlandiyalı futbolçu isə 2024-cü ilin yayında “Mançester Yunayted”i tərk edib. Cari mövsümdə Maynu bütün turnirlərdə 8 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.