“Barselona” hücumun sol cinahını gücləndirmək üçün addımlar atır.
90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniyalılar ilk növbədə “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu almağa çalışacaq. Əgər bu transfer baş tutmasa, diqqət başqa oyunçuya yönələcək.
Məlumata görə, “Barselona”nın hədəfi Fransanın “Lion” klubunda çıxış edən qanad oyunçusu Malik Fofana olub. Belçikalı oyunçunun “Lion” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir, bazar qiyməti isə 30 milyon avrodur.
Bu mövsümdə 20 yaşlı Fofana 12 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.