“Düzünü desəm, epizoda heç baxmamışam”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XI turunda baş tutan "Qarabağ" və "Neftçi" matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis “Neftçi”nin baş məşqçsi Samir Abasovun penalti qərarının ədalətsiz olması ilə bağlı səsləndirdiyi olması ilə bağlı səsləndirdiyi fikirə münasibət bildirib: “Onu deyə bilərəm ki, Elçin Məsiyev elə-belə penalti vermir. O, Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram”.
Qeyd edək ki, matçın 50-ci dəqiqəsində Elçin Məsiyevin penalti kimi dəyərləndirdiyi epizodu Toral Bayramov qola çevirib. 84-cü dəqiqədə isə “Qarabağ”ın heyətində Kamilo Duran fərqlənib. Azərbaycan derbisində Ağdam təmsilçisi “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.