"Üzüklərin hökmdarı" filminin bəzi səhnələrinin çəkildiyi Yeni Zelandiyakı milli parkda böyük yanğın baş verib.
Publika.az xəbər verir ki, Tonqariro Milli Parkındakı yanğın 2500 hektar ərazini əhatə edib. Yanğın bir gündən çoxdur davam edir.
Parkdan onlarla turist təxliyə edilib. Həmçinin parkın yaxınlığındakı Vakapapa kəndinin sakinlərinə mümkün təxliyə barədə xəbərdarlıq edilib. Kənddə 36 nəfər yaşayır.
Yanğınsöndürmə əməliyyatında on iki helikopter, beş təyyarə və dörd yanğınsöndürmə briqadası iştirak edir.
Ləman