AZ

Qurban Qurbanovdan AÇIQLAMA: "Qarabağ" hücumçu axtarışındadır"

"Kamilo Duran həm hücumun sağ cinahında, həm də mərkəzdə yaxşı oynayır". Ajans.az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə "Qarabağ" - "Neftçi" oyunundan sonra mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Oxu.Az-ın müxbirinin "Demək olar ki, Kamilo Duran "Qarabağ"ın mərkəz hücumçusudur?" sualına cavabında qeyd edib. O bildirib ki, komandasına yüksəksəviyyəli hücumçu axtarışındadırlar: "Duranın hücumun mərkəzində gördüyü faydalı iş əmsalı yüksəkdir. Hazırda belə demək olar. Amma onun sağ cinahda da keyfiyyətli oyun üslubu var. Ona baxanda, hər iki mövqe üçün planlaşdırmışdıq. Pis alınmadı. Biz daha yüksəksəviyyəli hücumçu axtarmağa davam edirik".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
28
3
Ajans.az

10Mənbələr